📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İNŞAAT KOLLECİNDƏ NƏ BAŞ VERİR? – Bir qrup əməkdaş rəhbərlikdən şikayətçidir / VİDEO

2026-09-02 13:37:37

İNŞAAT KOLLECİNDƏ NƏ BAŞ VERİR? – Bir qrup əməkdaş rəhbərlikdən şikayətçidir / VİDEO

Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində fəaliyyət göstərən İnşaat Kollecində ciddi narazılıq yaranıb. Belə ki, bir qrup əməkdaş rəhbərlikdən şikayət edib.
Hurriyyet.media  xəbər verir ki, “Milli TV”-nin əməkdaşı daxil olan müraciət əsasında məsələni yerində araşdırmaq üçün kollecə yollanıb.
Lakin aparılan araşdırma və rəhbərliklə görüşü zamanı ünvanlanan sualların bir çoxu açıq qalıb.
“Redaksiyamıza müraciət edən şəxs kollec rəhbərliyinin fəaliyyəti, əməkdaşlarla münasibəti, maddi vəsaitlərin bölüşdürülməsi, tələbələrin imtahan nəticələri və tədris prosesinin təşkili ilə bağlı bir sıra ciddi iddialar irəli sürüb. Şikayətçini sözlərinə görə, yeni rəhbərliyin fəaliyyətə başlamasından sonra kollecdə idarəçilik üslubu əhəmiyyətli dərəcədə dəyişib. Onun iddiasına görə, direktor Şəhla Abbasova, tədris işləri üzrə direktor müavini Sevda Həsənova və təllim tərbiyə işləri üzrə direktor müavini Şamama Əmirova öz əhatələrində müəyyən əməkdaşlardan ibarət qrup formalaşıb”, - deyə kanal qeyd edir.
O da iddia olunur ki, bunun nəticəsində kollektiv daxilində rəhbərliyə yaxın olan və olmayan əməkdaşlara münasibətdə fərq yaranıb: “Təbii olaraq, burada bir sıra suallar ortaya çıxır. Həqiqətən kollecdə belə bir qruplaşma formalaşıb? Əməkdaşlar arasında münasibətlərdə ayrı-seçkiliyə yol verilib? Yoxsa bütün bunlar narazı əməkdaşların subyektiv yanaşmasından və şəxsi münasibətlərindən irəli gələn iddialardır? Məhz bu suallara aydınlıq gətirmək üçün kollecin rəhbərliyi ilə görüşməyə və səsləndirən iddialara münasibət öyrənməyə çalışdıq. Lakin bu cəhdimiz bütün suallara cavab tapmağa imkan vermədi”.
Məsələ ilə bağlı daha ətralı təqdim etdiyimiz video-materialdan məlumat əldə edə bilərsiniz.


Redaksiayadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.