📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İndoneziyada bazarda yanğın olub, 11 nəfər ölüb

2026-09-07 14:46:28

İndoneziyada bazarda yanğın olub, 11 nəfər ölüb

İndoneziyanın Mərkəzi Papua əyalətində bazarda baş verən yanğın nəticəsində 11 nəfər ölüb.

Hurriyyet.media  xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Bildirilib ki, ölənlərdən 6-sı uşaqdır.

Gecə yarısından sonra başlayan yanğın yaxınlıqdakı ticarət obyektlərinə yayılıb, 40-a yaxın tikili məhv olub.

Yanğın yerli vaxtla saat 03:30 radələrində nəzarət altına alınıb.

Hadisənin səbəbi araşdırılır.