📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“İmişli” “Şəfa”ya minimal hesabla qalib gəldi

2026-08-30 10:18:47

“İmişli” “Şəfa”ya minimal hesabla qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

Hurriyyet.media  xəbər verir ki, günün ikinci matçında “Şəfa” “SOCAR Polymer Arena”da “İmişli” ilə üz-üzə gəlib.

Görüş İmişli təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qolu 55-ci dəqiqədə Seyxan Fərəcov vurub.

Açılış görüşündə isə “Qəbələ” öz meydanında “Şamaxı”nı qəbul edib. Oyun qolsuz heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, turun digər matçları avqustun 30-da və 31-də təşkil olunacaq.