📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlon Mask tarixdə ilk trilyonçu olub

2026-06-12 10:21:34

İlon Mask tarixdə ilk trilyonçu olub

Amerikalı sahibkar İlon Mask "SpaceX" şirkətinin səhmlərinin ilkin kütləvi yerləşdirilməsi (IPO) sayəsində tarixdə ilk trilyonçu oldu.

Bu barədə Britaniyanın "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, daha əvvəl şirkət IPO çərçivəsində rekord 75 milyard dollar cəlb edəcəyini bildirmişdi.

Amerikanın "SpaceX" şirkəti iyunun 11-də birjada kütləvi yerləşdirilməsi ərəfəsində səhmlərin qiymətini və sayını açıqlayıb. Şirkət bir səhm üçün 135 dollar qiymətinə 555 555 555 səhm yerləşdirib.

"SpaceX"in qiymətli kağızları iyunun 12-dən "Nasdaq" elektron birjasında "SPCX" indeksi altında satışa çıxarılacaq.