📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video

2026-09-15 16:37:42

İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video

Yeni tədris ilinin ilk günündə Azərbaycan məktəbində çəkilən görüntülər ciddi narahatlıq yaradıb.

Hurriyyet.media Oxu.az-a istinadən xəbər verir ki, məktəbli formasındakı şagirdlərin sinif otağında elektron siqaretdən istifadə etdiyi məlum olub.

Videoda qız şagirdin uzun, prosedur edilmiş dırnaqları da diqqət çəkib. O, eyni zamanda, dərs otağında sosial şəbəkədə canlı yayım açıb.

Xüsusilə diqqətçəkən məqam isə bu görüntülərin tədris ilinin ilk dərs günündə, məktəb daxilində çəkilməsidir.

Məktəbdə şagirdlərin elektron siqaretdən istifadə etməsi və bunun sosial şəbəkədə canlı yayımlanması təhlükəli hal olmaqla yanaşı, təhsil müəssisəsində nəzarət məsələsini də gündəmə gətirib.

Görüntülərin Bakıdakı 138 saylı məktəbdə çəkildiyini uşaqlar özləri etiraf ediblər.