📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi

2026-08-01 10:26:53

İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Qi Parmölənə təbrik məktubu ünvanlayıb.

Hurriyyet.media  xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Biz Azərbaycan ilə İsveçrə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə böyük əhəmiyyət veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin və əməkdaşlığımızın möhkəmləndirilməsi naminə bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim rifah və firavanlıq arzulayıram".