📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlham Əliyev ilə Pezeşkian arasında MARAQLI DİALOQ - VİDEO

2026-08-31 21:12:39

İlham Əliyev ilə Pezeşkian arasında MARAQLI DİALOQ - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian bu gün Bişkekdə görüşüblər.

Hurriyyet.media  məlumatına görə, görüşdən əvvəl dövlət başçıları arasında maraqlı və səmimi dialoq yaşanıb.

Belə ki, Pezeşkiana Borjomi suyu süzülüb. Masada Azərbaycan sularının da olduğunu bildirən İlham Əliyev iranlı həmkarına həmin sulardan içməyi təklif edib.

“Burada Azərbaycan suları var”, – deyən Prezident İlham Əliyev masadakı suların adlarına diqqət çəkib. Söhbət zamanı “Sirab”, “Badamlı” və “İstisu” kimi Azərbaycan suları xatırlanıb.

Daha sonra İlham Əliyev Azərbaycan sularından birini özü açaraq Pezeşkian üçün süzüb. 

Liderlərin görüş öncəsi bu səmimi anları kameralar tərəfindən lentə alınıb.