📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlham Əliyev fərman imzaladı

2026-06-29 16:23:06

İlham Əliyev fərman imzaladı

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin fəaliyyəti təkmilləşdirilib.

Hurriyyet.info  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin strukturu təsdiq edilib. Prezidentin səlahiyyətli nümayəndəliyinin işçilərinin say həddi 55 ştat vahidi müəyyən olunub.

Həmçinin Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.