📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İki avtobus toqquşdu: 35 ölü, 30 yaralı

2026-07-25 16:57:34

İki avtobus toqquşdu: 35 ölü, 30 yaralı

Şənbə günü Suraiyada Dəməşq-Deyr əz-Zor magistral yolunda baş verən yol qəzasında 35 nəfər ölüb, 30 nəfər yaralanıb.

Modern.az xəbər verir ki, SANA agentliyinin məlumatına görə, qəza Əs-Suxna və Palmira şəhərləri arasında iki avtobusun toqquşması nəticəsində baş verib.

Müdafiə Nazirliyi yaralıların Homsdakı hərbi xəstəxanaya tibbi təxliyəsinə kömək etmək üçün bir neçə helikopter göndərib.