📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub

2026-09-15 19:19:31

İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun vəzifəsindən azad edilməsinin səbəbi məlum olub.

Hurriyyet.media  Ölkə.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları bir müddət əvvəl rayonda antikorrupsiya əməliyyatı keçiriblər.

Nəticədə İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elçin Adil oğlu Mirzəyev və baş məsləhətçi Yaşar Həsənağa oğlu Eyvazov həbs olunublar.

Məlumata görə, onlar qanunsuz torpaq satışında şübhəli bilinirlər. E.Mirzəyev və Y.Eyvazova qarşı vəzifədən sui-istifadə və korrupsiya ittihamları irəli sürülüb.

Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi istintaq olunur.

Fakt Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən təsdiq edilib.

Faktla bağlı araşdırmalar davam edir.