Hörmüzdə İran gəmisinə hücum edildi - Ölən və yaralananlar var
2026-09-13 17:08:10
Hörmüz boğazında, Qeşm adası yaxınlığında İran ticarət gəmisinə hücum edilib.
Hurriyyet.media xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Hörmüzqan əyalətinin Qeşm adasının rəhbəri Hüseyn Əmir Teymurinin sözlərinə görə, hücum səhər saatlarında Henqam adası ilə Qeşm adasındakı Şib Deraz sahilləri arasında baş verib.
O, hücum nəticəsində bir nəfərin öldüyünü, üç nəfərin isə yaralandığını bildirib.