📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hörmüz boğazı ilə bağlı gözlənilməz QƏRAR

2026-05-17 22:12:40

Hörmüz boğazı ilə bağlı gözlənilməz QƏRAR

Tehran Hörmüz boğazında gəmilərin hərəkətini tənzimləmək məqsədilə özünün müəyyən etdiyi marşrut üzrə "peşəkar mexanizm" hazırlayıb.

Hurriyyet.info oxu.az-a istinadən xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədri İbrahim Əzizi "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə, yeni sistem yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.

"Bu proses çərçivəsində yalnız kommersiya gəmiləri və İranla əməkdaşlıq edən tərəflər üstünlüklərdən yararlana biləcəklər. Sözügedən mexanizm çərçivəsində göstərilən ixtisaslaşmış xidmətlərə görə müvafiq ödəniş alınacaq", - deyə komissiya sədri qeyd edib.

Əzizinin sözlərinə görə, bu marşrut ABŞ-nin Hörmüz boğazında gəmiləri müşayiət etmək üçün həyata keçirdiyi "Azadlıq" layihəsində iştirak edən ölkələr və gəmilər üçün qapalı olacaq.