📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hindistana məxsus təyyarənin qəzaya uğraması nəticəsində beş nəfər ölüb

2026-06-13 12:48:10

Hindistana məxsus təyyarənin qəzaya uğraması nəticəsində beş nəfər ölüb

Hindistan HHQ-nin beş hərbçisi "Corhat" hərbi hava bazasında "An-32" hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olub.

Hurriyyet.info xəbər verir ki, bu barədə Hindistan HHQ-nin məlumatında deyilir.

Hindistan Hərbi Hava Qüvvələrinin (HHQ) "An-32" təyyarəsi "Corhat" aviabazasına eniş edərkən qəzaya uğrayıb.

Hurriyyet.info  məlumatına görə, bu barədə "The Times of India" nəşri Hindistan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

"Hindistan HHQ-nin "An-32" təyyarəsi "Corhat" aviabazasına eniş edərkən qəzaya uğrayıb. Hazırda dəyən ziyanın miqyası qiymətləndirilir", - qurumun nümayəndəsi bildirib.

Hindistan HHQ-nin məlumatına görə, qəza nəticəsində baş verən yanğının söndürülməsinə başlanılıb. Qəzanın səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradılıb.