📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hikmət Hacıyev: Qarabağda və digər ərazilərimizdəki bütün mədəni irs Azərbaycan qanunvericiliyi ilə qorunur

2026-09-11 18:44:49

Hikmət Hacıyev: Qarabağda və digər ərazilərimizdəki bütün mədəni irs Azərbaycan qanunvericiliyi ilə qorunur

“Qarabağ haqqında danışarkən mədəni irsdən də danışmamaq mümkün deyil. Çünki Qarabağ Azərbaycan və Azərbaycan xalqının mədəni ürəyi olub, belədir və belə də olacaq”.

APA-nın Qarabağa ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzini ziyarət edən diplomatik korpusa müraciətində deyib.

“Təəssüf ki, işğal illəri ərzində Azərbaycanın mədəni irsi dağıntılara və bombardmanlara məruz qalıb. Lakin biz Azərbaycan xalqının mədəni irsini də bərpa edirik. Qarabağda və Azərbaycanın digər ərazilərində mövcud olan bütün mədəni irs Azərbaycanın mədəni irsidir. O, bizim qanunvericiliyimizlə qorunur. Eyni zamanda beynəlxalq hüquqla da mühafizə olunur. Biz mədəni irsin bərpası, yenidən qurulması və qorunması istiqamətində əlavə səylər göstərməkdə davam edəcəyik”,- Hikmət Hacıyev qeyd edib.

O, eyni zamanda, Qarabağ şəhərləri arasında beynəlxalq əməkdaşlıq və tərəfdaşlığın inkişaf etdiyini deyib: “Müxtəlif ölkələrdən olan şəhərlərinizin Qarabağ şəhərləri ilə qardaşlıq münasibətləri qurmasına görə bütün tərəfdaşlarımıza və dost ölkələrə minnətdaram. Eyni zamanda Qarabağ şəhərləri arasında beynəlxalq əməkdaşlıq və tərəfdaşlığın inkişaf etdiyini görürük. Müxtəlif ölkələrdən olan şəhərlərinizin Qarabağ şəhərləri ilə qardaşlıq münasibətləri qurmasına görə bütün tərəfdaşlarımıza və dost ölkələrə minnətdaram”.