📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşüb

2026-06-25 22:28:26

Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton görüşüb.

Hurriyyet.info  xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi bununla bağlı "X" sosial media hesabında yazıb.

Paylaşımda qeyd edilir:

"NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton ilə məhsuldar görüşüm oldu. Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır və əməkdaşlığın müxtəlif sahələrində əhəmiyyətli nəticələr əldə etmişik. Xüsusilə, Azərbaycanla NATO arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsində əldə edilən irəliləyişi qeyd etdik. Həmçinin, Azərbaycan-NATO tərəfdaşlığının müxtəlif aspektləri üzrə məzmunlu müzakirələr apardıq və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardıq".