📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hikmət Hacıyev Bişkekdəki açılışdan paylaşım etdi - VİDEO

2026-08-31 22:49:04

Hikmət Hacıyev Bişkekdəki açılışdan paylaşım etdi - VİDEO

Azərbaycan idmançıları Bişkekdə Dünya Köçəri Oyunlarının açılış mərasimində bayraqlarla keçiddə iştirak ediblər.

Müvafiq videonu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkələrdə paylaşıb.

"Dünya Köçəri Oyunlarında Azərbaycan heyətinin qürurlu keçidi! Zəngin milli irsimizi, qədim ənənələrimizi və Azərbaycan ruhunu dünyaya nümayiş etdirən komandamıza uğurlar arzulayırıq!",- paylaşımda qeyd olunub.