📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi” - Video

2026-09-12 16:42:52

“Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi” - Video

Xalq artisti Həmidə Ömərova Azərbaycan Kinematoqrafçılar İttifaqına keçirilən seçki prosesi ilə bağlı narazılığını bildirib.

Hurriyyet.media  xəbər verir ki, “APA TV”yə danışan sənətkarın sözlərinə görə, müstəqil platformanın seçilən nümayəndəsi kimi ona söz veriləcəyini ümid edib, lakin bu belə olmayıb.

“Nəinki mənə, heç mənim adımdan danışmaq istəyən heç kəsə söz verilmədi. Əgər kinematoqrafçıların bir qismi kiminsə namizədliyini irəli sürürlərsə, onu da dinləmək lazım idi. Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi. Bütün bunlara baxmayaraq, mən həmişə Kinematoqrafçılar İttifaqının inkişafına xidmət etmişəm, bundan sonra da edəcəyəm”, - Xalq artisti deyib.

Qeyd edək ki, Xalq artisti Şəfiqə Məmmədova ötən gün baş tutan konfransda Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri seçilib. Sədrliyə namizədliyi sürülənlərdən biri də Həmidə Ömərova olub.

Daha ətraflı videoda: