Həyətlərində naməlum obyekt tikildiyini iddia edirlər - VİDEO
Yerin torpaq səhthi qazılıb, kommunikasiya xətləri çəkilib, ərazi yarımçıq hasarlanıb, şlaqbaum qoyulub.
Hurriyyet.media xəbər verir ki, görüntülər paytaxtın Yasamal rayonu, Əsəd Əhmədov küçəsindəndir. Heç bir məlumat lövhəsi olmayan tikintinin ətrafı həm daş kəsək, həm də məişət tullantıları ilə doludur.
Sakinlər deyir ki, tikintinin təyinatı məlum omasa da onlar ərazidə çalışan fəhlələrdən restoran tikildiyini öyrəniblər. İddiaya görə, hətta ağacların yarısı kəsilb, digər yarısı isə tikilinin tən ortasında qalıb. Bundan başqa tikinti işlərinin yaşayış binalarının yaxınlığında inşa olunması toz-torpaqla yanaşı, sakinlərin məhəlləyə çıxışına da diskomfort yaradır.
Təyinatı məlum olmayan tikintinin aparıldığı ərazidəki darvazanı döyüb suallarımıza aydınlıq gətilməsi üçün gözlədik. Amma cavab verən olmadı.
Yasamal İH-dən sorğumuza cavab olaraq bildirldi ki, məsələ araşdırılır, sənədləşmə yoxlanılır. Məsələ kifayət qədər vaxt apardığından sorğunu gün ərzində cavablandırmaq aidiyyatı qurum üçün çətinlik yaradır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.