📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"HƏRDƏN HEÇ MƏN BAŞA DÜŞMÜRƏM NƏ DEYİRSİNİZ..." - Hafiz Paşayevlə nazirin maraqlı dialoqu + VİDEO

2026-07-02 10:15:41

Ötən gün elm və təhsil naziri Emin Əmrullayev və ADA Universitetinin rektoru Hafiz Paşayev tələbələrlə görüşüb.

Hurriyyet.info  xəbər verir ki, görüş əsnasında rektor və nazir arasında maraqlı dialoq yaşanıb.

Hafiz Paşayev bildirib ki, televiziyadan nazirin çıxışlarını izləyir: “Burada sizinlə birlikdə oturub sualları cavablandırmaq mənim üçün də maraqlıdır. Çünki mən televizorda suallara verdiyiniz cavabları izləyirəm, hərdən heç mən başa düşmürəm nə deyirsiniz. İndi çalışacağam başa düşüm. Çünki doğrudan da auditoriya çox xətalı şeydir. Bir şeyi istədiyin kimi deyirsən, sən istəyirsən başqa cür başa düşsünlər, amma onlar öz bildiyi kimi başa düşür”.