📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Həmyerlimiz ABŞ-nin Pakistandakı hərbi attaşesi təyin edildi

2026-06-24 17:37:08

Həmyerlimiz ABŞ-nin Pakistandakı hərbi attaşesi təyin edildi

ABŞ Hərbi Donanmasında xidmət edən Azərbaycan əsilli zabit Nəimi Amiral ABŞ-nin Pakistandakı hərbi attaşesi vəzifəsinə təyin olunub.

Hurriyyet.info  xəbər verir ki, bu barədə onun dostu, diaspora üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat yayıb.

Qeyd edək ki, Nəimi Əmiral Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. Nyu-York Dövlət Universitetini iki magistr dərəcəsi – İqtisadiyyat və Siyasi Əlaqələr üzrə bitirib. Azərbaycan, ingilis, rus və italyan dillərini mükəmməl bilir.

O, 2001-ci ildə 11 sentyabr hadisələrindən qısa müddət sonra ABŞ Hərbi Donanmasında xidmətə başlayıb və daha sonra, 2005-ci ilin avqustunda ABŞ Dəniz Donanmasının zabit məktəbini bitirdikdən sonra Prezident Corc Buşun sərəncamı ilə zabit rütbəsi alıb.

Nəimi Əmiral son olaraq ABŞ Donanmasının Avropa və Afrika qüvvələri baş qərargahında xarici əlaqələr zabiti olaraq xidmətdə olub.