📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

HƏMAS silahlarını təhvil verməyə hazır olduğunu elan etdi

2026-07-28 12:15:40

HƏMAS silahlarını təhvil verməyə hazır olduğunu elan etdi

HƏMAS hərəkatı Qəzza zolağında nizamlama üçün Sülh Şurasının planının əvvəllər müzakirə olunmuş iki bəndini həyata keçirməyə hazır olduğunu açıqlayıb.

Hurriyyet.media  xəbər verir ki, məlumatı "Əl-Ərəbiyyə" telekanalı yayıb:

"HƏMAS-ın Qəzzadakı rəhbərliyi hərəkatın xarici rəhbərliyini Fələstin anklavında silahsızlanma və mülki personalla bağlı sülh planının iki bəndi ilə razılaşması barədə məlumatlandırıb".

Qeyd olunur ki, söhbət Qəzza sülh planının 5-ci və 8-ci bəndlərindən gedir. Planın 5-ci bəndi HƏMAS-ın hərbi strukturlarının və Qəzza zolağındakı mülki administrasiyanın mülki strukturlarda çalışan personaldan ayrılmasını nəzərdə tutur.

8-ci bənddə isə HƏMAS qüvvələrinin silahsızlaşdırılmasının tədricən və beynəlxalq nəzarət altında aparılması və radikal hərəkatın tərəfdarlarının əlində olan silahların İsrail tərəfinə deyil, Sülh Şurasının himayəsi altında və onunla əlaqələndirilərək fəaliyyət göstərən yeni Fələstin strukturlarına ötürülməsi nəzərdə tutulur.