Harri Keyndən nadir rekord
2026-09-11 12:15:52
Almaniyanın “Bavariya” klubunun hücumçusu Harri Keyn nadir rekordu təkrarlayıb.
Hurriyyet.media xarici KİV-ə istinadən xəbər verir ki, o buna UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Norveçin “Budyo-Qlimt” komandası ilə matçda (5:0) fərqlənməklə müvəffəq olub.
Belə ki, ingiltərəli forvard turnirdə ardıcıl 8-ci matçda qol vurub.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında buna qədər ardıcıl 8 və daha çox oyunda yalnız Kriştianu Ronaldu, Robert Levandovski və Rud van Nistelroy qol vurublar.