Hakan Fidan: “Qara dənizdə baş verənlərlə bağlı təkliflərimiz var”
“Rusiya-Ukrayna müharibəsi başlayan gündən Türkiyənin mövqeyi aydındır - müharibə başlamamalı idi. İllərdir taxıl sazişi, əsirlərin mübadiləsi, açıq və qapalı görüşlərlə bağlı təşəbbüslərimiz oldu”.
Musavat.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
“Müharibə dünya iqtisadiyyatına ciddi zərər vurur. Enerji resursları təhlükədədir. Əlindən gələni edən aktorlar var. Türkiyə də fəaliyyətini davam etdirir. Qara dənizdə baş verənlərlə bağlı təkliflərimiz var. Hədəfdə olmayan obyekt qalmayıb. Müharibə daha çox fəlakətə yol açmaması üçün sona yetməlidir. Tərəflər də bu nöqtəyə yaxınlaşıblar. Biz uğurlu formulu taparaq tərəfləri uzlaşdırmalıyıq. Müharibənin ən qısa zamanda sona yetəcəyinə ümid edirik”, - o əlavə edib.