Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
2026-07-25 22:02:06
Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi zamanı xısarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyulun 25-də saat 13:15-də Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan iki nəfər (bir kişi, bir qadın) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
Hazırda xəsarət alan şəxslər instrumental diaqnostik müayinələrə cəlb olunublar", - deyə məlumatda bildirilir.