📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstanda həmyerlimizə ağzından atəş açdılar

2026-07-27 17:11:14

Gürcüstanda həmyerlimizə ağzından atəş açdılar

Gürcüstanda Marneuli bələdiyyəsinin Candar kəndində güllələnmə hadisəsi baş verib.

Hurriyyet.media bildirir ki, hadisə ötən gün saat 22:30 radələrində baş verib.

31 yaşlı Rahib Abdullayev əvvəllər aralarında münaqişə yaşadığı tanışı tərəfindən güllələnib.

Belə ki, həmin şəxs Rahibin yaşadığı məhəlləyə gələrək onun ağız nahiyəsindən pnevmatik silahla atəş açıb və dərhal hadisə yerindən uzaqlaşıb. Atəş nəticəsində ağız və baş nahiyəsindən xəsarət alan Rahib Abdullayev dərhal xəstəxanaya çatdırılıb.

Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Gürcüstan Daxili İşlər Nazirliyi fakt üzrə Cinayət Məcəlləsinin fiziki zorakılığı nəzərdə tutan 126-cı maddəsi ilə istintaq başladıb.