📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstan DTX-nin rəhbəri istefa verdi

2026-09-14 13:44:41

Gürcüstan DTX-nin rəhbəri istefa verdi

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Gela Geladze istefa verib.

Hurriyyet.media  xəbər verir ki, bu barədə məlumatı “Sputnik Gürcüstan” yayıb. 

Bildirilib ki, Geladze siyasi komanda ilə məsləhətləşmələrdən sonra fəaliyyətini başqa qurumda davam etdirmək qərarına gəlib. 

Qeyd edək ki, o bu ilin aprelində Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsinə gəlmişdi. Geladze həmin postda siyasətdən gedən Mamuka Mdinaradzeni əvəz etmişdi.