“Gümrüdəki bazanın çıxarılmasına dair müraciət olmayıb”
2026-09-15 13:07:50
“Rusiya ölkənin hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı müraciət almayıb”.
Hurriyyet.media xəbər verir ki, bunu “İzvestiya” qəzetinə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
“Gümrüdəki Rusiya hərbi bazasının ölkədən çıxarılmasında dair Ermənistan tərəfindən müraciət olmayıb”, - deyə Qaluzin bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin Bişkekdə mətbuat konfransında çıxışı zamanı bəyan edib ki, “Əgər Ermənistan ölkədəki Rusiya hərbi bazasına artıq ehtiyac olmadığını hesab edərsə, Rusiya elə sabah çıxıb getməyə hazırdır”.