📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gəncədə "Range Rover" sərnişin avtobusu ilə toqquşub, bir ailənin 4 üzvü xəsarət alıb

2026-06-15 21:09:48

Gəncədə

Gəncə-Bakı avtomobil yolunda sərnişin daşıyan avtobusla avtomobil toqquşub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə magistral avtomobil yolunun Zazalı qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Sərnişin daşıyan "Hyundai" markalı avtobus "Range Rover" markalı maşına arxadan çırpılıb.

İlkin məlumata görə, 1989 cu il təvəllüdlü Əli Süleymanov, 2 yaşlı Ə. Süleymanov, və 7 yaşlı M. Süleymanova, 1996 cı il təvəllüdlü Ruhanə Məmmədova, 2006-cı il təvəllüdlü Alim Məmmədov, 1996-cı il təvəlüddlü Elnurə Həsənova, 1995-ci il təvəllüdlü Samirə Məmmədova və 2000-ci il təvəllüdlü Asəf Mehdiyev xəsarət alıb.

Onlar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Yaralılardan dördü bir ailənin üzvüdür. Qəzanın səbəbləri araşdırılır.