Gəncədə KIA “Opel”lə toqquşdu - Yaralılar var-Fotolar
2026-09-06 20:43:55
Gəncədə yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.
Belə ki, KIA markalı avtomobillə “Opel” markalı avtomobil toqquşub. Zərbənin təsirində KIA ağaca çırpılıb. Hadisə zamanı 1963-cü il təvəllüdlü Ziyarət Rəşidova, Röyal Rəşidov və daha bir neçə nəfər xəsarət alıb. Yaralıların bir qismi özəl xəstəxanalardan birinə yerləşdirilib.
Faktla bağlı araşdırma başlanılıb.

