Gəmi qəzasında ölənlərin sayı 10-a çatıb
2026-09-03 22:12:38
Şimali Kiprin Girne şəhəri sahillərində batan sərnişin gəmisində ölənlərin sayı 10-a çatıb.
Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Qeyd olunub ki, Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Şimali Kiprin Girne şəhəri yaxınlığında ötən bazar günü qəzaya uğrayan sərnişin gəmisində itkin düşən daha bir şəxsin meyitinin tapıldığını açıqlayıb.
"Bununla da qəza nəticəsində ölənlərin sayı 10-a çatıb", - o bildirib.
Məlumat üçün bildirək ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəmi qəzaya uğrayıb.