📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransa polisindən antiterror əməliyyatı: 6 nəfər saxlanıldı

2026-07-26 15:47:08

Fransa polisindən antiterror əməliyyatı: 6 nəfər saxlanıldı

Fransa polisi Paris yaxınlığındakı Sarse kommunasında terror aktı hazırlamaqda şübhəli bilinən altı nəfəri saxlayıb.

Modern.az "Agence France-Presse"ə istinadən xəbər verir ki, bu barədə Fransanın Milli Antiterror Prokurorluğu (PNAT) məlumat yayıb.

Qurumun məlumatına görə, saxlanılan şəxslərin hamısına cinayətkar qrup tərkibində quldurluq, həmçinin silahların qanunsuz daşınması və satışı ilə bağlı ittihamlar irəli sürülüb.

Məhkəmə iclasından sonra onlar həbs qətimkan tədbiri ilə həbsdə saxlanılıblar.