📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Formula-1" üzrə İspaniya Qran-prisinin qalibi bəlli oldu

2026-09-13 22:42:09

İtaliyalı "Mercedes" pilotu Kimi Antonelli 2026-cı il mövsümündə "Formula-1" üzrə dünya çempionatının İspaniya Qran-prisinin qalibi olub. Yarış "Madrinq" şəhər trasında keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, ikinci yeri Niderlandı təmsil edən Maks Ferstappen ("Red Bull") tutub. İlk üçlüyü britaniyalı Lando Norris ("McLaren") tamamlayıb.

İspaniya Qran-prisi ilk dəfə Madriddə keçirilib. 1991-ci ildən etibarən mərhələyə Barselonadakı avtodrom ev sahibliyi edib. İspaniya Qran-prisində qələbələrin sayına görə rekord yeddiqat dünya çempionları - almaniyalı Mixael Şumaxer və britaniyalı Lyuis Hemiltona məxsusdur. Onların hər birinin hesabında altı qələbə var. Lakin "Ferrari"də çıxış edən Hemilton əyləclərində yaranan problem səbəbindən yarışı vaxtından əvvəl başa vurub. Pilot yeddinci dövrədə yarışı dayandırmağa məcbur olub.

Növbəti mərhələ sentyabrın 24-dən 26-dək Bakıda keçiriləcək.