📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Flora Kərimovanın SON DURUMU açıqlandı

2026-06-16 12:39:15

Flora Kərimovanın SON DURUMU açıqlandı

Xəbər verdiyimiz kimi, Xalq artisti Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib.

Sənətkarın köməkçisi Yaqut İmanova Hurriyyet.info-a Flora Kərimovanın son durumunu açıqlayıb.

O bildirib ki, hazırda Xalq artistinin müalicə prosesi davam edir və həftə içi evə buraxılması planlaşdırılır:

"Flora xanımın səhhəti yaxşıdır. Özünü yaxşı hiss edir. Belə davam edərsə, həftəiçi evə buraxılacaq".

Qeyd edək ki, 84 yaşlı Xalq artisti Flora Kərimovanın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.