📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Filankəs xanımın məktəbi” yaxşı anlayış deyil”

2026-09-11 13:51:58

“Filankəs xanımın məktəbi” yaxşı anlayış deyil”

“Filankəs müəllimin məktəbi”, “filankəs xanımın məktəbi” yaxşı anlayış deyil. Burada biz yaxşı məktəbdən yox, ayrı-ayrı şəxslərin arzularından danışmış oluruq. Əslində 1, 2, 3 nömrəli məktəblər arasında fərq olmamalıdır. Hamı çalışmalıdır ki, protokolu eyni şəkildə tətbiq etsin”.

Hurriyyet.media  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, hər bir direktor məktəbin inkişafı üçün eyni cür çalışmalıdır: “Yaradıcılıq göstərib özündən protokol yazmağa ehtiyac yoxdur. Hərə bir protokol yazanda təhsil yaxşı olmur. Onlar sadəcə protokolun hazırlanmasında iştirak edə bilərlər”.