FHN-DƏ YENİ BAŞ İDARƏ YARADILIB – General-mayor rəis təyin edilib
2026-09-12 10:53:31
Fövqəladə Hallar Nazirliyinin Aparatında Fəaliyyətin təşkili və əlaqələndirmə Baş İdarəsi yaradılıb.
Hurriyyet.media Qaynarinfo-ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə general-mayor Elçin Şirxan oğlu Adıgözəlov yeni baş idarənin rəisi təyin edilib.
Məlumata əsasən, Elçin Adıgözəlov bu təyinatadək Mülki Müdafiə Qoşunlarının rəis müavini vəzifəsində çalışıb.
Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Elçin Adıgözəlova general-mayor ali hərbi rütbəsi verilib.
Yeni baş idarənin əsas fəaliyyət istiqamətləri və strukturuna dair əlavə məlumat açıqlanmayıb.