📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fermerlərə şad xəbər: Hər buzova 250 manat subsidiya veriləcək

2026-09-07 15:11:38

Fermerlərə şad xəbər: Hər buzova 250 manat subsidiya veriləcək

Azərbaycanda heyvanların genetik potensialının yüksəldilməsi məqsədilə süni mayalanmaya görə subsidiyanın hesablanması qaydası dəyişdiriləcək.

Hurriyyet.media xəbər verir ki, yeni qaydalara əsasən, süni mayalanma nəticəsində əldə olunan buzovlara verilən subsidiya məbləği heyvanın mənşəyindən və nəsil göstəricisindən asılı olaraq diferensiallaşdırılacaq.

Belə ki, yerli cins heyvanların süni mayalanmasından alınan birinci nəsil buzovlara 75 manatikinci və sonrakı nəsillərə 150 manat subsidiya veriləcək.

Yerli damazlıq təsərrüfatların yüksək məhsuldar cins heyvanlarından alınan buzovlara görə 50 manat, embrion köçürülməsi nəticəsində əldə edilən buzovlara görə isə 250 manat subsidiya ödəniləcək.

Yeni dövlət dəstəyi tədbirləri Aqrar Subsidiya Şurasının qərarı ilə tətbiq ediləcək.

Qərar Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyən edilən hədəflərə uyğun olaraq hazırlanıb.

Yeni subsidiyaların müasir suvarmanın genişləndirilməsi, yüksək dəyərli məhsulların istehsalı, emal sənayesinin yerli xammalla təmin edilməsi, ixrac imkanlarının artırılması və kənd təsərrüfatında rəqabətqabiliyyətliliyin yüksəldilməsinə xidmət etməsi nəzərdə tutulur.

Eyni zamanda, dövlət dəstəyi balıqçılıq və akvakultura sahələrinin inkişafını da əhatə edir.