Əvvəl bacısını, sonra özünü bıçaqladı
2026-09-02 11:28:08
Bakıda bacı və qardaşı bıçaq xəsarətləri alıb.
Hurriyyet.media xəbər verir ki, hadisə dünən saat 16 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qeydə alınıb.
1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov və 1992-ci il təvəllüdlü bacısı Sura Qurbanova bıçaq xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
İlkin araşdırmalar zamanı məlum olub ki, Rəfael Qurbanov əvvəlcə bacısına xəsarətlər yetirib, sonra isə bıçaqla özünə bir neçə zərbə endirib.
Onların evdə mübahisə etdikləri və hadisənin bu zəmində baş verdiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.