📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Evdən meyit tapıldı

2026-06-21 15:11:08

Evdən meyit tapıldı

Gəncədə evdən meyit tapılıb.

Hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Belə ki, şəhər sakini, 2009-cu il təvəllüdlü Ə. Novruzovun yaşadığı evdə meyit aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Yeniyetmənin ölüm səbəbi hələlik məlum deyil.

Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin Gəncə şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.//APA