📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistanın Rusiya ilə viza rejimi tətbiq etmə ehtimalına - Zaxarovadan münasibət

2026-09-03 10:51:15

Ermənistanın Rusiya ilə viza rejimi tətbiq etmə ehtimalına - Zaxarovadan münasibət

“Ermənistan Rusiya ilə viza rejimi tətbiq edərsə, özünə zərər verəcək”.

Hurriyyet.media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib. 

“Əgər Ermənistan hələ Rusiya ilə viza da tətbiq etsə, o zaman bunu bizə qarşı deyil - öz vətəndaşlarına qarşı etmiş olacaq”, - o deyib.

Zaxarovanın sözlərinə görə, bu qərar həmçinin Ermənistanda çoxsaylı qohumları olan rusiyalı vətəndaşlara da təsirsiz ötüşməyəcək.