Ermənistandan gələn məhsullara rüsumu ləğv etdilər
2026-09-04 17:40:17
Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsi (INTA) Ermənistandan Avropa İttifaqına idxal olunan geniş çeşiddə məhsullara gömrük rüsumlarının müvəqqəti ləğv edilməsini təsdiqləyib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, qərar Rusiyanın Ermənistan ixracına tətbiq etdiyi ticarət məhdudiyyətləri fonunda verilib.
Təklifə əsasən, Aİ bir sıra Ermənistan məhsullarına tətbiq olunan gömrük rüsumlarını iki il müddətinə ləğv etməyi planlaşdırır. Eyni zamanda, Ermənistanın səkkiz növ kənd təsərrüfatı məhsulunun Aİ bazarına gömrüksüz idxalı üçün kvotaların tətbiqi nəzərdə tutulur.
Bu məhsullar arasında üzüm, ərik, gilas, şaftalı və xiyar da yer alır.