Ermənistana növbəti partiya dizel yanacağı göndərildi
2026-09-05 16:17:15
Bu gün Azərbaycandan Ermənistana növbəti partiya dizel yanacağı göndərilib.
Hurriyyet.media xəbər verir ki, 16 sisterndən ibarət 977 ton olan dizel yanacağı Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.
Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 16 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.