📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ermənistan İranla sərhəddə “yaşıl dəhliz” yaradacaq

2026-09-13 18:22:22

Ermənistan İranla sərhəddə “yaşıl dəhliz” yaradacaq

İran və Ermənistan gömrük prosedurlarını sadələşdirmək və sərhəd keçidini sürətləndirmək məqsədilə kritik protokollar imzalayıblar.

Hurriyyet.media  “Armenia Today”ə istinadla xəbər verir ki, sentyabrın 12-də Culfada İranın iqtisadiyyat nazirinin müavini, Gömrük Xidmətinin rəhbəri Farud Əsgəri ilə Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Hakopyan arasında rəsmi görüş keçirilib.

Danışıqların nəticəsi olaraq tərəflər Norduz-Mehri sərhəd-keçid məntəqəsində sadələşdirilmiş “yaşıl dəhliz”in tətbiqi, kağız sənədləşmənin ləğv edilərək elektron məlumat mübadiləsinə (EDI və Pre-Arrival) keçilməsi barədə protokola imza atıblar. Bu addımın yük maşınlarının sərhəddə gözləmə müddətini və inzibati prosedurları kəskin azaldacağı gözlənilir.

Eyni zamanda, tərəflər Norduz-Mehri sərhəd məntəqəsinin birgə istifadəsi haqqında sazişin müddətini daha 10 il uzadıblar. Müzakirələr zamanı səlahiyyətli iqtisadi operatorların (AEO) statusunun qarşılıqlı tanınması da təsdiqlənib.