📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğanla Baxçalı nədən danışıb?

2026-04-30 23:16:49

Ərdoğanla Baxçalı nədən danışıb?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan MHP lideri Dövlət Baxçalı ilə görüşüb.

Musavat.com Türkiyə mediasına istinadən bildirir ki, Prezident sarayında keçirilən görüş təxminən bir saat davam edib. Görüşdə "Cumhur ittifaqı", terrorsuz Türkiyə, ölkənin daxili və xarici siyasətinə dair digər məsələlərin müzakirə olunduğu bildirilir.

Bu, 2026-cı ildə Ərdoğanla Baxçalı arasında baş tutan ikinci görüşdür.