Ərdoğan 4 böyük klubun prezidentini bir araya TOPLADI - FOTOLAR
2026-09-06 11:33:15
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Fənərbağça" klubunun prezidenti Aziz Yıldırım, "Qalatasaray" klubunun prezidenti Dursun Özbək, "Beşiktaş"ın prezidenti Sərdal Adalı və “Trabzonspor”un prezidenti Ərtoğrul Doğan ilə görüşüb.
Hurriyyet.media xəbər verir ki, görüşdən sonra açıqlama verən Ərdoğan Super Liqada dostluq, qardaşlıq və ədalətli rəqabətin olduğunu vurğulayaraq, türk klublarının Avropadakı qələbələri ilə onları qürurlandıracağına inandığını bildirib.

Ərdoğan açıqlamasında Avropa kuboklarında mübarizə aparan Türk komandalarına da uğurlar arzulayıb.
Musavat.com



