📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əraqçi Pekinə gedəcək

2026-09-15 18:58:17

Əraqçi Pekinə gedəcək

İranın xarici işlər naziri Abbas Əraqçi çərşənbə günü rəsmi səfərlə Pekinə gedəcək.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Əraqçi bu səfər çərçivəsində çinli həmkarı ilə görüşəcək.

Bəqainin sözlərinə görə, görüşdə İran-Çin ikitərəfli münasibətləri, eləcə də region və beynəlxalq gündəmin ən mühüm məsələləri və son hadisələr müzakirə olunacaq.