📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Ən yüksək orta nəticə Bakıda qeydə alınıb”

2026-09-08 15:25:58

“Ən yüksək orta nəticə Bakıda qeydə alınıb”

“Qazax-Tovuz iqtisadi rayonunda PISA qiymətləndirməsinə cəlb olunan şagirdlərin 88%-i oxu savadlılığı üzrə ikinci səviyyədən aşağı nəticə göstərib”. 

Hurriyyet.media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 tədqiqatının nəticələrinə dair mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, sözügedən iqtisadi rayonda tədqiqata cəlb olunan şagirdlərin təbiət elmləri üzrə 76 faizi, riyaziyyat qiymətləndirməsi üzrə isə 75 faizi ikinci səviyyədən aşağı nəticə göstərib.

E.Əmrullayev bildirib ki, oxu savadlılığı üzrə ən aşağı orta bal Mil-Muğanda qeydə alınıb - 325 bal. Qazax-Tovuz 340, Mərkəzi Aran 341, Qarabağ 344, Şirvan-Salyan isə 346 bal toplayıb.

İkinci səviyyədən aşağı nəticə göstərənlər- Naxçıvanda 76%, Şəki-Zaqatalada və Şərqi Zəngəzurda 75%, Dağlıq Şirvanda 73%, Mərkəzi Aranda isə 71% təşkil edib.

Ən yüksək orta nəticə Bakıda qeydə alınıb - 405 bal. Paytaxtda şagirdlərin 51%-i ikinci səviyyədən aşağı nəticə göstərib. Abşeron-Xızı 393, Naxçıvan 385, Gəncə-Daşkəsən 376, Şəki-Zaqatala isə 374 bal toplayıb.

Riyazi savadlılıq üzrə də ölkədə ən yüksək risk göstəricisi Qazax-Tovuzda qeydə alınıb. Bu göstərici Lənkəran-Astarada 70%, Qarabağda 67%, Mil-Muğanda və Naxçıvanda isə 65% təşkil edib.

Təbiət elmləri üzrə ikinci səviyyədən aşağı nəticə göstərənlərin payı Qazax-Tovuzda 76%, Lənkəran-Astarada 70%, Mil-Muğanda 69% və Qarabağda 66% olub.