Ən yaşlı "qanuni oğru" arvadı ilə birgə SAXLANILDI
2026-09-04 20:11:34
Yunanıstanda hüquq-mühafizə orqanlarının əməkdaşları 68 yaşlı “qanuni oğru” Levan Xeyranovun evinə basqın ediblər.
Bakıvaxtı.az xəbər verir ki, hadisə sentyabrın 2-də, çərşənbə günü qeydə alınıb. Afina və Salonikidən olan 40 polis əməkdaşı kriminal avtoritetin yaşadığı evə daxil olaraq axtarış aparıb.
Axtarış zamanı evdən qumbara və tapança aşkar edilib. Xeyranov yeni həyat yoldaşı ilə birlikdə saxlanılıb. Qadın daha sonra sərbəst buraxılıb.
Levan Xeyranov Tbilisi şəhərində anadan olub və etnik yunan mənşəlidir. O, hazırda fəaliyyətdə olan ən yaşlı “qanuni oğru”lardan biri hesab olunur.