Ən çox bu məhsulları idxal-ixrac etmişik - Siyahı
2026-09-10 17:09:21
2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 173 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.
Dövlət Statistika Komitəsindən (DSK) “Qafqazinfo”ya verilən məlumata görə, 121 ölkəyə məhsul ixrac edilib, 160 ölkədən isə məhsul idxal olunub.
2026-cı ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 30017,4 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə 10256,0 milyon dollar məbləğində müsbət ticarət saldosu yaranıb.
2025-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi nominal ifadədə 6,9 faiz artıb, real ifadədə isə 15,1 faiz azalıb.


