📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Emin Əmrullayev məzunları təbrik etdi

2026-06-13 11:22:19

Emin Əmrullayev məzunları təbrik etdi

Elm və təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesablarında “Son zəng”lə bağlı paylaşım edib.

Hurriyyet.info xəbər verir ki, paylaşımda deyilir:

“Əziz məzunlar,

Bu gün həyatınızın yeni bir mərhələsi başlayır. Geridə qoyduğunuz məktəb illəri sizə yalnız bilik deyil, həm də dəyərlər və həyatda doğru seçimlər etmək bacarığı qazandırdı. Bu yolda sizə böyük fədakarlıqla yol göstərən dəyərli müəllimlərimizə, övladlarının hər uğur və çətinliyində yanlarında olan əziz valideynlərimizə təşəkkür edirəm.

Müasir və güclü Azərbaycanın gələcəyi sizin bilik, bacarıq və intellektinizdən asılıdır. İnanıram ki, seçəcəyiniz peşədən asılı olmayaraq, hər biriniz ölkəmizin inkişafına dəyərli töhfə verəcəksiniz.

Əziz məzunlar, sizə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram!”