📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Emin Əmrullayev dedi ki, dərsliklərlə bağlı iclas olsa, tapşırıq verəcək”

2026-09-11 13:26:31

“Emin Əmrullayev dedi ki, dərsliklərlə bağlı iclas olsa, tapşırıq verəcək”

“Dərsliklərdə problemlər var, həm də az deyil”.

Hurriyyet.media  xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri Anar İsgəndərov bildirib.

“Bu gün sentyabr konfransında nazir Emin Əmrullayev şəxsən mənə dedi ki, payız sessiyasında dərsliklərlə bağlı iclas olsa, tapşırıqlarını verəcək.

Təbii ki, dərsliklər kifayət qədər çoxdur. Amma biz öncəliklə tarix, ədəbiyyat və xarici dil dərslikləri ilə bağlı hazırlıq görsək, payız sessiyasında iclas təşkil edə bilərik”, - komitə sədri bildirib.